Qazaxıstan səfirliyi: Azərbaycan pavilyonu EXPO-2017 sərgisində ən böyüklərdən biri olacaq

Qazaxıstan səfirliyi: Azərbaycan pavilyonu EXPO-2017 sərgisində ən böyüklərdən biri olacaq Sərgidə iyulun 9-u Azərbaycanın Milli günü kimi müəyyən edilib
Xarici siyasət
28 Mart , 2017 14:47
Qazaxıstan səfirliyi: Azərbaycan pavilyonu EXPO-2017 sərgisində ən böyüklərdən biri olacaq
Report.az

Bakı. 28 mart. REPORT.AZ/ Bakıda bu il iyunun 10-dan sentybarın 10-dək Astanada keçiriləcək EXPO-2017 sərgisinin roud-şousu baş tutub.

"Report" xəbər verir ki, "Astana EXPO-2017" milli şirkətinin nümayəndəsi Yernur Kenjebekov sərgi haqqında məlumat verib və çox sayda azərbaycanlı turistin Astanaya səfər edəcəyinə ümidvar olduğunu bildirib.

Onun sözlərinə görə, sərgi energetika mövzusuna həsr olunub: "Bu səbəbdən bərpa olunan enerji sahəsində innovasiyaların təqdimatını gözləyirik". O, sərgidə 118 ölkənin iştirak edəcəyini deyib.

Qazaxıstan səfirliyinin nümayəndəsi Bauırjan Dosmambetov Azərbaycanın Qazaxıstanı EXPO təşkil etməkdə dəstəkləyən ilk dövlətlərdən biri olduğunu qeyd edib.

Diplomat Azərbaycanın pavilyonunun sahəsinin 403 kvadratmetr, yəni sərgidə ən böyük pavilyonlardan biri olacağını vurğulayıb: "Bundan başqa, sərgidə iyulun 9-u  Azərbaycanın Milli günü kimi müəyyən edilib və həmin tarixdə Azərbaycan Prezidenti İlham Əliyevin sərgiyə gələcəyinə ümid edirik. Azərbaycan pavilyonunun maraqlı olacağına və çoxlu sayda ziyarətçi cəlb edəcəyinə əminik."

Sonra roud-şounun digər iştirakçıları çıxış edib, sərgi barədə çarx göstərilib, eləcə də turistlərin cəlb olunması və turpaketlərin yaradılması məqsədilə Azərbaycanın turizm şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilib.

Son xəbərlər

Orphus sistemi