Qazaxıstan prezidenti Azərbaycana səfər edəcək

Qazaxıstan prezidenti Azərbaycana səfər edəcək Nazarbayev: "Azərbaycan bizim üçün strateji tərəfdaşdır"
Xarici siyasət
15 Mart , 2016 11:07
Qazaxıstan prezidenti Azərbaycana səfər edəcək

Bakı. 15 mart. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu il Azərbaycana səfər edəcək.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə prezidentin özü Azərbaycanın Qazaxıstana yeni təyin olunmuş səfiri Rəşid Məmmədovun etimadnaməsini qəbul edərkən məlumat verib.

N.Nazarbayev səfirlə görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən rəsmi dəvət aldığını və böyük minnətdarlıq hissi ilə bu dəvəti qəbul etdiyini vurğulayıb: "Azərbaycan Qafqaz regionunda bizim üçün strateji tərəfdaşdır. Biz enerji, logistika, kənd təsərrüfatı sahəsində fəal əməkdaşlıq edirik".

N.Nazarbayev, həmçinin Qazaxıstan və Azərbaycanın qədim tarixə gedib çıxan köklərə malik sıx əlaqələrinin olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi