“Rusiya Dağlıq Qarabağdakı silahlı qarşıdurmanı dayandırmaq üçün aktiv vasitəçilik səyləri göstərdi. Eyni zamanda, ATƏT-in Minsk qrupunun əldə etdiyi əsas razılaşmalara da əməl etməyə çalışdıq. Bu, yaxşı əməkdaşlıq nümunəsidir”.
“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Davos forumunda çıxışında söyləyib.
“Üçtərəfli bəyanat ardıcıl olaraq həyata keçirilir. Qan tökülməsini dayandırmağı, tam atəşkəsə nail olmağı və sabitləşmə prosesinə başlamağı bacardıq. İndi beynəlxalq əməkdaşlıq qarşısında zərərçəkənlərə yardım göstərmək və qaçqınların geri qaytarılması, tarixi abidələrin qorunması və bərpası ilə bağlı humanitar problemlərin həlli məsələləri dayanır”, - o bildirib.