"Prezident seçkilərindən sonra qarşılıqlı səfərlərin edilməsi Türkiyə ilə bir-birimizə çox yaxınlığın göstəricisidir" - RƏY

"Prezident seçkilərindən sonra qarşılıqlı səfərlərin edilməsi Türkiyə ilə bir-birimizə çox yaxınlığın göstəricisidir" - RƏY "Prezident seçkilərindən sonra qarşılıqlı səfərlərin edilməsi Türkiyə ilə bir-birimizə çox yaxınlığın göstəricisi və düşmənlərə mesajdır".
Xarici siyasət
12 İyun , 2023 17:15
Prezident seçkilərindən sonra qarşılıqlı səfərlərin edilməsi Türkiyə ilə bir-birimizə çox yaxınlığın göstəricisidir - RƏY

"Prezident seçkilərindən sonra qarşılıqlı səfərlərin edilməsi Türkiyə ilə bir-birimizə çox yaxınlığın göstəricisi və düşmənlərə mesajdır".

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan və Türkiyənin dövlət başçıları arasındakı səmimi dostluq və qardaşlıq münasibətləri xalqlarımız arasındakı bağları daha da möhkəmlədib:

"Ölkələrimiz arası münasibətlər böyük tarixi sınaqlardan çıxıb və özünü sözün əsl mənasında doğruldub. Amma bu gün Türkiyə ilə Azərbaycan heç vaxt olmadığı qədər bir-birinə yaxındır. Ölkələrarası münasibətlər dahi liderlərin müdrik kəlamları üzərində inkişaf edir. Torpaqlarda 30 il erməni işğalından əziyyət çəkən Azərbaycan qardaş Türkiyənin siyasi-mənəvi dəstəyi sayəsində işğala son qoydurub. Torpaqları işğaldan azad etmək heç də bütün məsələlərin həlli demək deyildi. Ermənistana havadardıq edənlər düşməni yenidən revanşizmə hazırlayaraq fürsət axtarışında idilər. Amma iki il əvvəl qardaş Türkiyə ilə Şuşada imzalanmış müttəfiqlik haqqında Bəyannamə bütün düşmənlərimizə verilmiş yetərli cavab oldu. Müharibənin başa çatdığı 2,5 ildə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpasında Türkiyə yanımızda oldu. Bu dövrdə işğaldan azad olunmuş ərazilərə yenidən həyat gəlir, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına başlanmasına yol açır".

"Azərbaycan da hər zaman Türkiyənin yanındadır. Belə ki, Türkiyədə əsrin ən güclü faciəsi olan zəlzələ baş verəndə Azərbaycan hər kəsdən öncə Türk xalqının yanında olub. Yardımlarımız həm dövlət, həm də sadə vətəndaşları səfərbər etməklə xalqımız sarsılmaz qardaşlığını nümayiş etdirib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Şuşada keçirilməli olan TDT-nin dövlət başçılarının fövqəladə Zirvə görüşünün Ankarada keçirilməsi və yardım fondunun yaradılması, o cümlədən 1000 evlik yaşayış məntəqəsinin tikintisini həyata keçirmək təşəbbüsümüz zəlzələdən əziyyət çəkən türk qardaşların yanında olmağımızın əsl qardaşlıq nümayişidir"-, o qeyd edib.

A.Badamov vurğulayıb ki, Türkiyədə keçirilən seçkilərdə də hakimiyyəti dəyişmək və dövləti zəiflətmək istəyən qüvvələr hərəkət keçmişdi: "Azərbaycan xalqı seçkilərdə də türk xalqının yanında oldu, Türkiyənin qazandığı uğurların davam etdirilməsinə və yoluna davam etməsinə siyasi və öz mənəvi dəstəyini nümayiş etdirdi. Seçkilərdə qazanılan uğurlu nəticələrə görə də Türkiyəni ilk təbrik edən və sevinci bölüşən məhz Azərbaycan olub. Prezident seçkilərindən sonra Türkiyənin dövlət başçısının ilk xarici səfərini Azərbaycana etməsi böyük siyasi əhəmiyyət daşıyır. Dövlət başçılarımızın seçkilərdən sonra qarşılıqlı səfərlərin etməsi ənənə halını alıb. Bu bir-birimizə çox yaxınlığın göstəricisi və düşmənlərə mesajdır. Azərbaycan və Türkiyə bir-birindən ayrılmaz bir can, bir ürək, bir ruhdur".

Son xəbərlər

Orphus sistemi