Prezident: "İlin əvvəlindən bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi"

Prezident: "İlin əvvəlindən bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi" İlin əvvəlindən bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. Mənim xarici tərəfdaşlarımla ikitərəfli formatda keçirilmiş görüşlər bir daha onu göstərdi ki, Azərbaycanın dünyada çox böyük hörməti var və bizim siyasətimizə böyük rəğbət var.
Xarici siyasət
148
19 Mart , 2020 14:27
Prezident: İlin əvvəlindən bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi
0 : 00
0 : 00

"İlin əvvəlindən bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. Mənim xarici tərəfdaşlarımla ikitərəfli formatda keçirilmiş görüşlər bir daha onu göstərdi ki, Azərbaycanın dünyada çox böyük hörməti var və bizim siyasətimizə böyük rəğbət var". 

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. 

"Eyni zamanda, beynəlxalq tədbirlərdə mənim iştirakım ölkəmizin mövqelərini daha da gücləndirdi. Bildiyiniz kimi, Davos Ümumdünya İqtisadi Forumu dünyanın bir nömrəli siyasi və iqtisadi forumudur. Dünyanın siyasi və biznes elitası bu forumda iştirak edir. Mən bu forumda ardıcıl olaraq uzun illərdir ki, iştirak edirəm və hər bir iştirak ölkəmizə yeni dividendlər gətirir, həm siyasi, həm iqtisadi. Bu dəfə bir daha əmin oldum ki, Azərbaycanda gedən proseslərə böyük maraq var. Bütün tərəfmüqabillərim demək olar bir məsələni qeyd edirdilər ki, Azərbaycan sabit ölkədir və bu gün qeyri-sabit bölgədə, qeyri-sabit dünyada sabitliyi qorumaq böyük məharət və siyasi səriştə tələb edir. Sabitliyin mövcudluğuna görə Azərbaycana sərmayə qoyuluşu da təmin edilir. Keçən il 13,5 milyard dollar xarici sərmayə qoyulubdur, bu ilin yanvar ayında bərpaolunan enerji növlərinin yaradılmasına yönəlmiş 440 milyon dollar xarici sərmayənin qoyuluşu ilə əlaqədar müvafiq sənədlər imzalanmışdır. Ümumiyyətlə, Davos İqtisadi Forumunda bizim iştirakımız çox uğurlu olub. Davos Ümumdünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı üzrə regional mərkəzi məhz Azərbaycanda yaradılacaq. Bu mərkəz Qafqaz-Orta Asiya məkanını əhatə edəcəkdir və müvafiq sənəd də imzalanmışdır. Bu, bir daha bizim güclü mövqelərimizi ifadə edir", - deyə dövlət başçısı vurğulayıb. 

Orphus sistemi