Bakı. 18 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Palantir Technologies” şirkətinin baş icraçı direktoru və təsisçisi Aleks Karp ilə görüşü olub.
"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə “Palantir Technologies” şirkətinin baş icraçı direktoru və təsisçisi Aleks Karp Azərbaycan ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.
Söhbət zamanı Azərbaycanla əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.