Prezident İlham Əliyevə Davos fəxri üzvlər klubunun nişanı təqdim edilib

Prezident İlham Əliyevə Davos fəxri üzvlər klubunun nişanı təqdim edilib Azərbaycan Prezidenti Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşüb
Xarici siyasət
22 Yanvar , 2016 15:04
Prezident İlham Əliyevə Davos fəxri üzvlər klubunun nişanı təqdim edilib

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşüb.

"Report" xəbər verir ki, söhbət zamanı Dünya İqtisadi Forumunun əhəmiyyəti qeyd edilib, Azərbaycanın bu mötəbər tədbirdə fəal və davamlı iştirakı məmnunluqla vurğulanıb. Həmçinin “İpək Yolu” layihəsinə dair məsələlər müzakirə olunub, hazırkı dövrdə regional və beynəlxalq aləmdə neftlə bağlı gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Klaus Şvab Dünya İqtisadi Forumunda onuncu dəfə iştirak etdiyinə görə Davos fəxri üzvlər klubunun nişanını Prezident İlham Əliyevə təqdim edib.

Son xəbərlər

Orphus sistemi