Prezident: "Ermənistandan təklifimizə dair qeydləri gözləyirik"

Prezident: "Ermənistandan təklifimizə dair qeydləri gözləyirik" "Hesab edirəm ki, qeydlərimiz ilə bağlı Ermənistandan nə qədər tez cavab alsaq bir o qədər də yaxşı olar. Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz".
Xarici siyasət
20 Noyabr , 2023 17:50
Prezident: Ermənistandan təklifimizə dair qeydləri gözləyirik

"Ermənistandan təklifimizə dair qeydləri gözləyirik".

"Report" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-da Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında deyib.

"Beləliklə, bu, vəziyyətin tarixçəsidir. İndi isə biz növbəti mərhələyə gəlirik. Növbəti mərhələdə isə biz - mən bunu cənab Prezidentə bildirdim, - Ermənistandan təklifimizə dair qeydləri gözləyirik. Biz bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə etmişik. Lakin indi biz sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini iki aydan artıqdır ki, gözləyirik və bizə heç bir cavab gəlməyib.Yenə də bunun səbəbinin onlara pis məsləhətlərin, xüsusilə Fransadan pis məsləhətlərin verilməsinin olduğunu düşünürəm. Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır", - dövlət başçısı qeyd edib.

Son xəbərlər

Orphus sistemi