Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik
Xarici siyasət
- 23 aprel, 2024
- 12:32
Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik.
"Report" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.
Həmin ölkələrin bunu açıq şəkildə həyata keçirdiklərini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Özü də onlar bunu açıq və nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla bizə nə isə sübuta yetirsinlər. Biz sadəcə oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və Ermənistanın bu gün qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq”.
Son xəbərlər
08:24
"FlyDubai"ın təyyarəsi Bakıya təcili eniş edib
İnfrastruktur08:19
Lökbatanda yanğınla bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır - YENİLƏNİB
Hadisə06:17
ABŞ Rusiya və Çinə qabaqcıl çiplərin satışını qadağan etmək niyyətindədir
İKT05:53
KİV: Britaniya Rusiyanın 10,6 milyard dollarlıq aktivlərini Ukraynaya verməyə hazırdır
Digər ölkələr05:28
Laporta "Barselona"nın prezidenti postuna yenidən seçilməyəcək
Futbol05:05
Zelenski: Ukrayna hadisələrin istənilən inkişafına hazırdır
Digər ölkələr04:38
KİV: Donald Tramp miqrantlar üçün qaydaları sərtləşdirib
Digər ölkələr04:16
ABŞ Karib dənizində HDQ-ni daha bir raket esminesi ilə gücləndirib
Digər ölkələr03:40