Prezident: "Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafına güclü dəstək verir"

Xarici siyasət
  • 02 mart, 2023
  • 06:48
Prezident: Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafına güclü dəstək verir
İlham Əliyev

Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafına güclü dəstək verir.

"Report" xəbər verir ki, bu sözləri martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında bildirib.

Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradıldığını vurğulayan dövlətimizin başçısı deyib: “Məqsədimiz institusional davamlılıq yaratmaq və Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır”.