"Praqa görüşündə əldə olunan nəticələr Prezident İlham Əliyevin apardığı siyasətin diplomatik qələbəsidir" - RƏY

"Praqa görüşündə əldə olunan nəticələr Prezident İlham Əliyevin apardığı siyasətin diplomatik qələbəsidir" - RƏY "Praqa görüşündə əldə olunan nəticələr Prezident İlham Əliyevin apardığı siyasətin diplomatik qələbəsidir".
Xarici siyasət
7 Oktyabr , 2022 16:50
Praqa görüşündə əldə olunan nəticələr Prezident İlham Əliyevin apardığı siyasətin diplomatik qələbəsidir - RƏY

"Praqa görüşündə əldə olunan nəticələr Prezident İlham Əliyevin apardığı siyasətin diplomatik qələbəsidir".

Bu sözləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Onun sözlərinə görə, ümumiyyətlə Praqada keçirilən sammit Azərbaycanın hərtərəfli güvənilən tərəfdaş və Avropanın enerji təhlükəsizliyində vacib aktor olduğunu göstərmək baxımından müstəsna əhəmiyyət daşıyır.

Deputat vurğulayıb ki, Praqa görüşü hər şeydən əvvəl Prezident İlham Əliyevin daha əvvəl irəli sürdüyü 5 prinsip əsasında keçirilib:

"Çünki görüşdən sonra verilən bəyanatda göstərilir ki, tərəflər BMT nizamnaməsinə uyğun olaraq bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini tanıyırlar. Eyni zamanda 1991-ci ildə imzalanmış Almatı Bəyannaməsinə sadiqliklərini nümayiş etdirirlər. Bu da Ermənistanla yanaşı Avropa liderlərinin də Azərbaycanın ərazi bütövlüyünü tanıması deməkdir. Bu isə çox vacib bir məqamdır və hesab edirəm ki, Prezident İlham Əliyevin apardığı siyasətin diplomatik qələbəsidir. Eyni zamanda sülh müqaviləsinin imzalanmasına yönəlmiş növbəti addımdır".

Görüşün yekunlarını şərh edən N.Məhəməliyev qeyd edib ki, diqqət çəkən məqamlardan biri də Avropa İttifaqı missiyasının Cənubi Qafqaza gəlmə məsələsidir.

Xatırladaq ki, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Görüşdən sonra Yelisey sarayının rəsmi saytında bəyanatda dərc edilib. Sənəddə vurğulanıb ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.

Son xəbərlər

Orphus sistemi