Polşanın yeni səfiri Bakıya gəlib

Polşanın yeni səfiri Bakıya gəlib Polşanın Azərbaycandakı yeni səfiri Rafal Poborski Bakıya gəlib
Xarici siyasət
31 Yanvar , 2020 11:42
Polşanın yeni səfiri Bakıya gəlib

Polşanın Azərbaycandakı yeni səfiri Rafal Poborski Bakıya gəlib.

“Report” Polşanın Azərbaycandakı səfirliyinin məlumatına istinadən xəbər verir ki, polşalı diplomat artıq Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin müdiri Pərvin Mirzəzadə ilə görüşüb, tərəflər ikitərəfli münasibətlərin forması və dinamikasının artırılması imkanları barədə müzakirələr aparıblar.

Xatırladaq ki, R.Poborski Polşa Prezidenti Andjey Duda tərəfindən ötən ilin iyul ayında bu vəzifəyə təyin olunub. O, bu vəzifədə Marek Tsalkanı əvəzləyib.

R.Poborski 1976-cı ildə doğulub. Varşava Universitetinin şərqşünaslıq fakültəsini bitirən diplomat 2005-2006-cı illərdə Polşa XİN-in Avropa departamentində attaşe, 2006-2016-cı illərdə isə Şərq Siyasəti Departamentində çalışıb. O, 2016-cı ildə “EXPO-2012” Beynəlxalq Sərgi Təşkilatının diplomatik dəstək üzrə işçi qrupunun üzvü olub.

Son xəbərlər

Orphus sistemi