Politoloq: "Mədəniyyətlərarası Dialoq Forumu dinlərarası birgəyaşayış platforması kimi Azərbaycanın rolunu gücləndirəcək"

Politoloq: "Mədəniyyətlərarası Dialoq Forumu dinlərarası birgəyaşayış platforması kimi Azərbaycanın rolunu gücləndirəcək" Piter Teys: "Tədbir dünyanın diqqətini Azərbaycana cəlb edəcək"
Xarici siyasət
1 May , 2017 09:54
Politoloq: Mədəniyyətlərarası Dialoq Forumu dinlərarası birgəyaşayış platforması kimi Azərbaycanın rolunu gücləndirəcək
Report.az

Bakı. 1 may. REPORT.AZ/ Mayın 4-6-da Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumu dinlərarası və mədəniyyətlərarası birgəyaşayış üçün platforma kimi Azərbaycanın rolunun möhkəmlənməsində mühüm dayaq nöqtəsidir.

Bu barədə "Report"a amerikalı politoloq Piter Teys bildirib.

Onun sözlərinə görə, tədbir dünyada zorakılıq və qəddarlığın müşahidə olunduğu zaman dünyanın diqqətini Azərbaycan cəlb edəcək.

"Bu həftə Bakı qlobal paytaxta çevriləcək. Çoxsaylı xarici qonaqlar təkcə Bakıda yox, həm də Azərbaycanın digər bölgələrində mədəniyyət abidələri barədə daha ətraflı öyrənmək imkanı əldə edəcəklər", - deyə o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi