Politoloq: Ermənistanın sərhəddə törətdiyi təxribatın müəyyən nəticələri olacaq

Politoloq: Ermənistanın sərhəddə törətdiyi təxribatın müəyyən nəticələri olacaq Sərhəddəki təxribat Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını ləngidir. Belə addımların təbii olaraq müəyyən nəticələri olacaq.
Xarici siyasət
13 Fevral , 2024 15:50
Politoloq: Ermənistanın sərhəddə törətdiyi təxribatın müəyyən nəticələri olacaq

Sərhəddəki təxribat Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını ləngidir. Belə addımların təbii olaraq müəyyən nəticələri olacaq.

Bunu "Report"un Rusiya bürosuna açıqlamasında politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova deyib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı təxribatının bir neçə səbəbi ola bilər: "Birincisi, bunlar Paşinyana tabe olmayan, öz təşəbbüsü ilə vəziyyəti gərginləşdirməyə çalışan silahlı birləşmələr ola bilər. Baxmayaraq ki, digər tərəfdən də, bunun təsadüfən edilmədiyini güman etmək olar".

"Paşinyan regiona avropalı müşahidəçilər missiyasını cəlb etmək, genişləndirmək və onu hərbi-mülki vəziyyətə gətirmək istəyir. İrəvanda ümid edirlər ki, Qərb onlara kömək edəcək və regionda kənar iştirakçılar nə qədər çox olarsa, bu, Ermənistan üçün bir o qədər faydalı olacaq. Təxribatın səbəblərindən biri Paşinyanın avropalı müşahidəçilərin diqqətini bu vəziyyətə yönəltmək istəyidir", - o vurğulayıb.

Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.

Son xəbərlər

Orphus sistemi