Paşinyan: Berlində Bakı ilə sülh sazişi üzrə irəliləyiş əldə olunacağına ümid edirəm

Paşinyan: Berlində Bakı ilə sülh sazişi üzrə irəliləyiş əldə olunacağına ümid edirəm Ermənistanın baş naziri Nikol Paşinyan ümid etdiyini bildirib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri fevralın 28-29-da Berlində sülh sazişi üzrə irəliləyişə nail olacaqlar.
Xarici siyasət
27 Fevral , 2024 15:06
Paşinyan: Berlində Bakı ilə sülh sazişi üzrə irəliləyiş əldə olunacağına ümid edirəm

Baş nazir Nikol Paşinyan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin fevralın 28-29-da Berlində baş tutacaq danışıqlarda sülh sazişi üzrə irəliləyişə nail olunacağına ümidvardır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, Afinada yunan həmkarı Kiriakos Miçotakislə görüşündə bildirib.

“Bilirsiniz ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan XİN başçılarının daha bir görüşü gözlənilir. Ümid edirəm ki, bu görüş nəticəsində irəliləyiş əldə olunacaq”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi