Paşinyan: Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiqdir

Xarici siyasət
  • 05 aprel, 2024
  • 10:27
Paşinyan: Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiqdir

Ermənistan ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiq qalır.

"Report" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Aİ-ABŞ-Ermənistan görüşü zamanı deyib.

N.Paşinyan vurğulayıb ki, Ermənistan Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası, həmçinin ölkələrin suverenliyinə və qanunvericiliyinə, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında bütün regional kommunikasiyaların blokunun açılmasının tərəfdarıdır.