Parlament sədri: "Litva Azərbaycanın ərazi bütövlüyünə və müstəqilliyinə hörmətlə yanaşır"

Parlament sədri: "Litva Azərbaycanın ərazi bütövlüyünə və müstəqilliyinə hörmətlə yanaşır" Viktoras Prantskietis Xəzər dənizindəki neft platformasında yanğın zamanı insanların həlak olması ilə əlaqədar başsağlığı verib
Xarici siyasət
20 Dekabr , 2016 19:07
Parlament sədri: Litva Azərbaycanın ərazi bütövlüyünə və müstəqilliyinə hörmətlə yanaşır

Bakı. 20 dekabr. REPORT.AZ/ Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin Seyminin (parlamentin) yeni sədri Viktoras Prantskietis ilə görüşüb.

Azərbaycanın Litvadakı səfirliyindən "Report"a verilən məlumata görə, səfir əvvəlcə V.Prantskietisi Litva Seyminin sədri seçilməsi münasibətilə təbrik edərək, iki ölkə arasında əlaqələrin səviyyəsindən razılıq bildirib və Azərbaycan-Litva əlaqələrinin bütün sahələr üzrə inkişafının vacibliyini vurğulayıb.

O, ikitərəfli münasibətlərdə parlamentlərarası dostluq qruplarının əhəmiyyətini qeyd edərək, Seymdə yenidən formalaşan Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun üzvləri ilə tanışlıq görüşünün keçirildiyini qarşı tərəfin diqqətinə çatdırıb.

V.Prantskietis Xəzər dənizindəki neft platformasında yanğın zamanı insanların həlak olması ilə əlaqədar başsağlığı verib. Seymin sədri Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı ölkəsinin rəsmi mövqeyini təkrarlayaraq, Azərbaycanın ərazi bütövlüyünə və müstəqilliyinə hörmətlə yanaşdığını, Litvanın Azərbaycanla əlaqələrin gücləndirilməsində maraqlı olduğunu bildirib. O iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi