Parisdə Azərbaycanın Müstəqillik Günü və UNESCO-ya üzvlük qeyd edilib

Parisdə Azərbaycanın Müstəqillik Günü və UNESCO-ya üzvlük qeyd edilib Azərbaycanın Müstəqillik Günü və UNESCO-ya üzvlüyünün 30 illiyi Parisdə qurumun igamətgahında qeyd edilib.
Xarici siyasət
24 May , 2022 02:39
Parisdə Azərbaycanın Müstəqillik Günü və UNESCO-ya üzvlük qeyd edilib

Azərbaycanın Müstəqillik Günü və UNESCO-ya üzvlüyünün 30 illiyi Parisdə qurumun igamətgahında qeyd edilib.

“Report”un Fransa bürosu xəbər verir ki, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə respublikamızın UNESCO yanında daimi nümayəndəliyi tərəfindən təşkil edilən tədbirdə ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycanın təşkilatdakı daimi nümayəndəsi Elman Abdullayev, UNESCO baş katibinin müavini Firmin Edouard Matoko, İcraiyyə Şurasının prezidenti Tamara Rastovac Siamaşvili, qurumun digər rəsmiləri, diplomatik korpusun təmsilçiləri, akademiklər və ictimaiyyət nümayəndələri, habelə Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Elman Abdullayev Azərbaycan Demokratik Cumhuriyyəti haqqında məlumat verib, onun qadın hüquqları və demokratiyanın inkişafındakı rolundan danışıb. E.Abdullayev Azərbaycanın UNESCO-ya üzvlüyünün 30-cu ildönümü, Azərbaycan ilə qurum arasındakı əməkdaşlığa da toxunub.

Mərasimdə çıxış edən UNESCO rəsmiləri Azərbaycanın təşkilatdakı aktiv fəaliyyətindən bəhs ediblər.

UNESCO Baş direktorunun Afrika Prioriteti və xarici əlaqələr üzrə müavini Firmin Eduoard Matoko ölkəmizi yaxşı tanıdığını bildirərək, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyindən, eləcə də UNESCO ilə əməkdaşlığından və həyata keçirilmiş layihələrdən söz açıb.

UNESCO-nun İcraiyyə Şurasının sədri Tamara Rastovaç-Siamaşvili Azərbaycanın qurumun II Seçki qrupuna sədrliyi çərçivəsində onun namizədliyinin irəli sürülməsinə, ona göstərilən etimada görə təşəkkürünü bildirib. O, Azərbaycan və UNESCO arasındakı uğurlu əməkdaşlıqdan danışıb.

Tədbirin rəsmi hissəsi “Qarabağ” muğam qrupunun konserti ilə davam edib. Konsertdə Azərbaycanın Xalq artisti Mənsum İbrahimov və gənc xanəndə Gülzar Fərəcova, Xalq artisti Elçin Haşımov (tar), Əməkdar artist Elnur Əhmədov (kamança) və Kamran Kərimovun (nağara) müşayiətində Azərbaycan xalq mahnıları, təsniflər və muğam nümunələri ifa ediblər.

Həmçinin konsertdə “Junior Eurovision-2021” mahnı müsabiqəsində Azərbaycanın təmsilçisi olmuş gənc musiqiçi Sona Əzizova tamaşaçılara “Şuşam mənim” və “O günlərdən biri” mahnılarını təqdim edib.

Son xəbərlər

Orphus sistemi