Paris merinin erməniəsilli köməkçisi azərbaycanlılara qarşı təxribat törədib
Xarici siyasət
- 16 sentyabr, 2023
- 21:00
Fransanın paytaxtı Paris şəhərinin 15-ci rayonunda keçirilən “Assosiasiyalar Forumu”nda Azərbaycan stendinin qarşısında merin erməniəsilli köməkçisi təxribat törədib.
“Report”un yerli bürosu bildirir ki, Paris merinin assosiasiyalar üzrə köməkçisi, erməniəsilli Anouch Toranian bir nəfər fransalı həmkarının müşayiəti ilə Azərbaycanın stendinin qarşısında dava salıb və stendimizi dağıtmağa çalışıb.
Anouch Toranian Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının üzvlərini təhqir edib, ölkəmizə dair nalayiq sözlər işlədib. Lakin təxribatın qarşısı alınıb.
Qeyd edək ki, Fransa-Azərbaycan Dialoqu Assosiasiyası ölkəmizi Parisin 15-ci rayonunda keçirilən ənənəvi mədəniyyət tədbiri olan “Assosiasiyalar Forumu”nda təmsil edir.
Son xəbərlər
03:55
Video
İranda etirazçılar marketi yağmalayıb, bir polis həlak olub
Region03:25
İsrail və Suriya ABŞ-nin vasitəçiliyi ilə təhlükəsizlik məsələləri üzrə təmasları bərpa edib
Digər ölkələr02:53
İsraildə avtobus hərbi çağırışa etiraz edən insanların üzərinə sürülüb
Digər ölkələr02:30
KİV: Rubio Konqresdə bildirib ki, Vaşinqtonun hədəfi Qrenlandiyanı satın almaqdır - YENİLƏNİB
Digər ölkələr02:13
Danimarka və Qrenlandiya hökumətləri ABŞ Dövlət katibi ilə görüş tələb edib
Digər ölkələr01:17
Fidan: Rusiya-Ukrayna savaşında davamlı sülhün əldə edilməsinə çox yaxınıq
Region00:54
Merts: Avropanın əsas məqsədi Ukraynada tezliklə atəşkəsin əldə edilməsidir
Digər ölkələr00:41
BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisinin kimliyi bəlli olub – EKSKLÜZİV
Xarici siyasət00:18
Video