Pakistanın məşhur abidəsi Azərbaycan bayrağı ilə işıqlandırılıb

Pakistanın məşhur abidəsi Azərbaycan bayrağı ilə işıqlandırılıb Pakistanın “Minar-e-Pakistan” abidəsi Zəfər Gününün ildönümündə Azərbaycan bayrağı ilə işıqlandırılıb.
Xarici siyasət
8 Noyabr , 2022 13:16
Pakistanın məşhur abidəsi Azərbaycan bayrağı ilə işıqlandırılıb

Pakistanın ən böyük qülləsi olan “Minar-e-Pakistan” abidəsi 8 Noyabr- Zəfər Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, Minar-e-Pakistan”ın Azərbaycan bayrağı ilə işıqlandırılması şəhər sakinlərində və qonaqlarda böyük maraq doğurub.

Qeyd edək ki, “Minar-e-Pakistan” Pakistanın yaradılması barədə olan Lahor qətnaməsinin xatirəsinə inşa olunub və milli əhəmiyyətə malik abidədir. Sözügedən abidə Pakistan tarixində ilk dəfə olaraq xarici ölkənin bayraq rəngləri ilə işıqlandırılıb.

Son xəbərlər

Orphus sistemi