Pakistanlı müşahidəçi: “Gənclər Azərbaycanda keçirilən seçkilərdə fəal iştirak ediblər”

Pakistanlı müşahidəçi: “Gənclər Azərbaycanda keçirilən seçkilərdə fəal iştirak ediblər” Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində gənclər fəal şəkildə iştirak ediblər və bu da sevindirici xəbərdir.
Xarici siyasət
8 Fevral , 2024 13:09
Pakistanlı müşahidəçi: “Gənclər Azərbaycanda keçirilən seçkilərdə fəal iştirak ediblər”

Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində gənclər fəal şəkildə iştirak ediblər və bu da sevindirici xəbərdir.

“Report” xəbər verir ki, bunu Pakistan parlamentinin nümayəndəsi Faysal Salim Rəhman Azərbaycanda seçkilərin monitorinqinin nəticələrinə dair mətbuat konfransında bildirib.

“Azərbaycana prezident seçkilərini müşahidə etmək üçün gəlmişəm. Müxtəlif vaxtlarda bir sıra seçki məntəqələrində olmuşam, hər dəfə də KİV nümayəndələri ilə qarşılaşmışam. Bu, çox sevindirici haldır”, - o vurğulayıb.

Müşahidəçinin fikrincə, digər müsbət məqam gənclərin bu seçkilərdə çox fəal şəkildə iştirak etməsi olub: “Bu, seçki prosesi üçün çox yaxşıdır və xalqın öz prezidentinə etimadını nümayiş etdirir”.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.

Son xəbərlər

Orphus sistemi