"ABŞ Nümayəndələr palatasının qondarma "erməni soyqırımı" haqqında qəbul etdiyi 296 saylı qətnaməni pisləyir, qərəzli və ədalətsiz hesab edirik".
"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Şöbə müdiri vurğulayıb ki, bu qətnamənin heç bir siyasi, hüquqi və tarixi əsası yoxdur, ermənipərəst lobbi qruplarının səyləri nəticəsində qəbul edilib:
"Həmin dövrdə baş vermiş hadisələr siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır.
Ermənistan və erməni lobbi dairələri qondarma "erməni soyqırı"mını siyasi möhtəkirlik obyektinə çeviriblər. Onlar bu məqsədlə ermənilərin
Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir".