PA-nın şöbə müdiri: "Azərbaycan və Türkiyəyə qarşı çox güclü qarayaxma kampaniyaları aparılır"

PA-nın şöbə müdiri: "Azərbaycan və Türkiyəyə qarşı çox güclü qarayaxma kampaniyaları aparılır" “Azərbaycan və Türkiyəyə qarşı qarayaxma kampaniyaları çox güclüdür. Bunların qarşısının alınması üçün bizim birgə səylərimizə böyük ehtiyac var”.
Xarici siyasət
27 Yanvar , 2021 16:24
PA-nın şöbə müdiri: Azərbaycan və Türkiyəyə qarşı çox güclü qarayaxma kampaniyaları aparılır
Hikmət Hacıyev

“Azərbaycan və Türkiyəyə qarşı güclü qarayaxma kampaniyaları aparılır. Bunların qarşısının alınması üçün bizim birgə səylərimizə böyük ehtiyac var”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində Azərbaycan və Türkiyənin diaspor təşkilatları var: “Onların da səylərinin bir araya gətirilməsi və ölkələrimizə qarşı aqressiv hərəkətlərə qarşı birgə mübarizənin aparılmasını vacib hesab edirik”.

Son xəbərlər

Orphus sistemi