Yuxarı

Oljas Süleymenov: "Nazarbayevin Bakıya səfərinin Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə səbəb olacağına ümid edirəm"

Suriya-Türkiyə sərhədində Rusiya təyyarəsinin vurulması türk dövlətləri arasında əlaqələri bir qədər qarışdırıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Suriya-Türkiyə sərhədində Rusiya təyyarəsinin vurulması türk dövlətləri arasında əlaqələri bir qədər qarışdırıb".

Bunu "Report"a açıqlamasında tanınmış qazaxıstanlı yazıçı və ictimai xadim Oljas Süleymenov türkdilli dövlətlər arasında mövcud əlaqələri şərh edərkən deyib.

Onun sözlərinə görə, bu insidentə qədər hər şey normal inkişaf edib: "Bu, sadəcə, iqtisadiyyata yox, həm də Rusiya ilə Türkiyə və beləliklə, digər türk dövlətləri arasındakı əlaqələr kimi incə məqamlara təsir etdi. İndi isə Suriyada müharibə, Şərqlə Qərbin mübarizəsi türk dünyasında qarşılıqlı münasibətləri mürəkkəbləşdirib".

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana gözlənilən səfərindən danışan O.Süleymenov bildirib ki, prezidentlər arasındakı söhbət əsasən Dağlıq Qarabağ məsələsinə aid olacaq. O, Qazaxıstan liderinin Dağlıq Qarabağ kimi münaqişə vəziyyətlərində sülhməramlı vasitəçi olmaq istədiyini vurğulayıb.

"Bu görüşün nəticəsində hansısa irəliləyişin olacağına ümid edirəm", - deyə O.Süleymenov bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi