Nyu-Yorkda Kolumbiya Universitetində Xocalı soyqırımına həsr olunan konfrans keçirilib

Nyu-Yorkda Kolumbiya Universitetində Xocalı soyqırımına həsr olunan konfrans keçirilib ABŞ-nin aparıcı ali təhsil ocaqlarından biri olan Kolumbiya Universitetində Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib.
Xarici siyasət
25 fevral 2025 03:39
Nyu-Yorkda Kolumbiya Universitetində Xocalı soyqırımına həsr olunan konfrans keçirilib

ABŞ-nin aparıcı ali təhsil ocaqlarından biri olan Kolumbiya Universitetində Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib.

“Report”un ABŞ bürosu xəbər verir ki, tədbir Azərbaycan-Amerika Gənclər Federasiyasının (“Azerbaijani-American Youth Federation”) təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Anım tədbirində ABŞ-nin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr və alimlər, bu ölkədə fəaliyyət göstərən azərbaycanlı diplomatlar və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər ermənilər tərəfindən müxtəlif dövrlərdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlardan danışıblar. Vurğulanıb ki, Xocalı faciəsi XX əsrin ən dəhşətli qətliamlarından biri olaraq Xatın və Xirosima faciələri ilə eyni səviyyədə dayanır.

Tədbir çərçivəsində Xocalı soyqırımından bəhs edən qısametrajlı film nümayiş olunub.

Gecədə Xocalı qurbanlarının xatirəsinə həsr edilən musiqilər ifa edilib, Nyu-Yorkda fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzinin şagirdlərinin Xocalı soyqırımına həsr olunmuş rəsm əsərləri sərgilənib. Bundan əlavə, azərbaycanlı rəssam və heykəltaraş Emin Quliyevin “Xocalı harayı” heykəli də anım tədbirində nümayiş olunub.

Orphus sistemi