Yuxarı
    Bağlamaq

    Nümayəndə heyətinin rəhbəri: “Azərbaycan Avropa İttifaqı üçün mühüm ölkədir”

    “Azərbaycan münasibətlərimizi daha da möhkəmləndirmək istədiyimiz bir ölkədir”

    Bakı. 20 sentyabr. REPORT.AZ/ “Azərbaycanla münasibətlərin baş tutması üçün parlament səviyyəsində ünsiyyət təbii haldır. Amma biz Milli Məclisə gəlməmişdən əvvəl Prezident İlham Əliyevlə də görüşmüşük. Baş tutan bütün müzakirələrin nəticəsi olaraq bir məsələni aydın formada deyə bilərəm ki, parlamentlər arasında olan dəyərlər hamımızın inandığı məsələlədir”.

    “Report”un xəbərinə görə, bunu Bakıda səfərdə olan Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlıq Komitəsi nümayəndə heyətinin rəhbəri, Avropa Parlamentinin üzvü Sayyad Kərim Milli Məclisdə spiker Oqtay Əsədov ilə görüşündən sonra mətbuat nümayəndələrinə açıqlamasında deyib.

    O bildirib ki, Avropa ittifaqı üçün Azərbaycan mühüm bir ölkədir: “Azərbaycan münasibətlərimizi daha da möhkəmləndirmək istədiyimiz bir ölkədir. Azərbaycanda keçirdiyimiz görüşdə bizə elə bir nəzər nöqtəsini çatdırdılar ki, bu, bizim də inandığımız məsələdir. Sadəcə olaraq müəyyən bir zaman kəsimi oldu ki, Azərbaycanla olan dialoqumuz istədiyimiz səviyyədə, gerçək olacaq səviyyədə deyildi. Bu, nə Azərbaycan xalqı, nə də Avropada yaşayan xalqlar üçün heç də xeyir verəcək hal deyildi. Ümidvarıq ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin nəinki qurulması, həmçinin möhkəmləndirilməsi üçün yetərincə zəmin var. İndiyə qədər, şahid olduğumuz ünsiyyətdən bizim üçün aydın olan bir məqam o oldu ki, Azərbaycan Avropa xalqlarına yaxın olmaq istəyir və biz əlimizdən gələni edəcəyik ki, bu yaxınlıq təmin olunsun”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi