​Novruz Məmmədov: “Beynəlxalq aləmə çıxış resursları güclü olan dövlətlər prosesləri monopoliyaya alıblar”

​Novruz Məmmədov: “Beynəlxalq aləmə çıxış resursları güclü olan dövlətlər prosesləri monopoliyaya alıblar” “Avropanın bir sıra dövlətləri hesab edirlər ki, bütün ölkələrin onların qarşısında öhdəlikləri var, amma özlərinin heç bir öhdəliyi yoxdur”
Xarici siyasət
15 Sentyabr , 2015 13:24
​Novruz Məmmədov: “Beynəlxalq aləmə çıxış resursları güclü olan dövlətlər prosesləri monopoliyaya alıblar”

Bakı. 15 sentyabr. REPORT.AZ/ “Avropanın bir sıra dövlətləri hesab edirlər ki, bütün ölkələrin onların qarşısında öhdəlikləri var, amma özlərinin heç bir öhdəliyi yoxdur”. “Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" sosial şəbəkəsindəki səhifəsində bildirib. 

N.Məmmədov qeyd edib ki, beynəlxalq aləmə çıxış resursları güclü olan dövlətlər prosesləri monopoliyaya alıblar: “Onlar bu prosesləri maraqları çərçivəsində istədikləri formada, məzmunda və istiqamətdə yaymaqla, mövqe formalaşdırmaqla məşğuldurlar. Universal dəyərlərdən danışmaqdan yorulmayan Qərb və Avropada deyəsən heç bir dəyər qalmayıb”.

Son xəbərlər

Orphus sistemi