Novi Pazar meri: “Azərbaycan və Serbiya arasında əməkdaşlıq üçün böyük potensial var”

Novi Pazar meri: “Azərbaycan və Serbiya arasında əməkdaşlıq üçün böyük potensial var” “Azərbaycan və Serbiya arasında əməkdaşlıq üçün böyük potensial var”.
Xarici siyasət
17 Mart , 2023 12:53
Novi Pazar meri: “Azərbaycan və Serbiya arasında əməkdaşlıq üçün böyük potensial var”

“Azərbaycan və Serbiya arasında əməkdaşlıq üçün böyük potensial var”.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevaç deyib.

"Şuşa və Novi Pazar şəhərləri arasında əməkdaşlıq üçün çox böyük potensial var. Biz iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlıq edə bilərik. Əməkdaşlığımızın böyük perspektivləri var", - Bişevaç bildirib.

"Bu gün biz Şuşa və Novi Pazar şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzaladıq. İlk dəfədir ki, belə bir sənəd Şuşa şəhərində imzalanır. Şadıq ki, şəhərlərimiz arasında əməkdaşlıq ölkələr arasında əlaqələrin genişlənməsinə töhfə verəcək", - mer əlavə edib.

Nihad Bişevaç Qarabağda aparılan bərpa işlərindən heyrətləndiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi