Norman: "Yaşıl enerji" Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün mühüm istiqamətdir
- 21 avqust, 2026
- 12:07
Yeniliklərdən dərhal xəbərdar olun!
"Yaşıl enerji" Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün vacib istiqamətdir.
"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dankan Norman mətbuat konfransında bildirib.
"İqtisadi artım Azərbaycanla münasibətlərimizin əsas elementlərindən biridir. Bu, ilk növbədə, Azərbaycan iqtisadiyyatı və əhalisinin rifahı üçün həqiqətən vacibdir, lakin eyni səbəblərə görə Böyük Britaniya üçün də önəmlidir. Buna görə də hökumətlərimiz buna böyük diqqət yetirirlər", - o bildirib.
Diplomatın sözlərinə görə, Böyük Britaniya nəqliyyat, infrastruktur, informasiya texnologiyaları və energetika sahələri də daxil olmaqla, bir sıra əməkdaşlıq istiqamətlərini nəzərdən keçirir.
"Lakin bu dəfə söhbət "yaşıl enerji"dən gedəcək. Bu, şaxələndirmə baxımından Azərbaycan üçün həqiqətən vacib bir istiqamətdir", - D.Norman qeyd edib.
O, bu sahədə, xüsusilə də günəş və külək enerjisi sahəsində böyük imkanların olduğunu vurğulayıb.
D.Norman həmçinin tezliklə Şuşa şəhərinə səfər edəcəyinə ümidvar olduğunu bildirib.