Ən qısa müddətdə Azərbaycandakı nümayəndəliyimizə təhsil müşaviri göndərəcəyik.
Bunu "Report"a müsahibəsində Şimali Kipr Türk Cümhuriyyətinin milli təhsil naziri Nazım Çavuşoğlu deyib.
"Hesab edirəm ki, müşavirimiz iki ölkə arasında təhsil sahəsindəki münasibətləri daha sağlam və daha sürətli idarə edə biləcək. Yaxın gələcəkdə bununla bağlı addımlar atılacaq",- N.Çavuşoğlu vurğulayıb.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.