Naxçıvan Ali Məclisinin sədri İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

Naxçıvan Ali Məclisinin sədri İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb Görüşdə bir sıras məsələlər müzakirə edilib
Xarici siyasət
30 Dekabr , 2016 04:04
Naxçıvan Ali Məclisinin sədri İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

Bakı. 30 dekabr. REPORT.AZ/ İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti muxtar respublikaya səfərə gəlib. 

"Report" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ali Məclisin sədri Vasif Talıbov İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ali Məclisin sədri qonaqları salamlayaraq, Mahmud  Vaezini muxtar respublikada görməkdən məmnunluğunu bildirib və Naxçıvanla İran arasında əlaqələrin əsasının ötən əsrin 70-ci illərində qurulduğunu deyib. Həmin dövrdə hər iki tərəfdən Araz çayı üzərində 22 meqavat gücündə su elektrik stansiyası tikilərək istifadəyə verilib. 

Ümummilli lider Heydər Əliyevin 1992-ci ilin avqust ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi İran İslam Respublikasına səfərindən sonra isə əlaqələrin inkişafında yeni mərhələnin əsası qoyulub. Bu gün də Azərbaycan-İran əlaqələri hər iki ölkənin prezidenti tərəfindən uğurla davam etdirilir. Bu əlaqələr hər iki tərəf üçün faydalıdır. 

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Naxçıvanda 18 il bundan əvvəl olduğunu bildirib, ötən əsrin 90-cı illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə muxtar respublikada görüşlərini xatırladıb, son illər Naxçıvanda əldə olunan inkişafın məmnunluq doğurduğunu qeyd edib. İran İslam Respublikası Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verir. 

Mahmud Vaezi nümayəndə heyətinə göstərilən diqqətə görə minnətdarlıq edib. Sonra hədiyyələr təqdim olunub. 

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görüşdə iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi