Baş katib: "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyirik"

Baş katib: "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyirik" “Biz qətiyyətlə inanırıq ki, Ermənistan və Azərbaycan münasibətlərinin normallaşmasına ehtiyac var. Təbii ki, bütün bu proseslər doğru məcrada inkişaf etməkdədir. Ən mühim məsələlərdən biri də zorakılığa gətirib çıxaran xatirələrdən qaçınmaq lazımdır"
Xarici siyasət
14 Dekabr , 2021 19:34
Baş katib: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyirik

“Biz qəti şəkildə inanırıq ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırlmasını davam etdirmək vacibdir".

"Report" xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və dialoqun qurulması səylərini dəstəkləyir. Bugünkü görüşümüzdə Prezident və mən bu məsələləri ətraflı müzakirə etdik və mən bu gün üçtərəfli görüşün keçirilməsini də alqışlayıram. Bu, onu nümayiş etdirir ki, dialoq davam edir, münasibətlərin normallaşdırılması düzgün məcrada gedir. Əsas məsələ zorakılığın yenidən alovlanmasına rəvac verə biləcək addımlardan çəkinmək və qalan məsələləri diplomatik yollarla həll etməkdir.

NATO tərəf tutmur, çünki Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır, Ermənistan da bizim dəyərli tərəfdaşımızdır. Beləliklə, biz diplomatik səyləri, üçtərəfli səyləri dəstəkləyirik və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini də güclü şəkildə dəstəkləyirik”, - Baş katib bildirib.

Son xəbərlər

Orphus sistemi