Muxtar Babayev Serbiyaya səfər edəcək

Muxtar Babayev Serbiyaya səfər edəcək Muxtar Babayev Serbiyaya səfər edəcək.
Xarici siyasət
2 Sentyabr , 2024 12:47
Muxtar Babayev Serbiyaya səfər edəcək

Muxtar Babayev Serbiyaya səfər edəcək.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri Marko Curiçlə Bakıda birgə keçirilən mətbuat konfransında deyib.

C.Bayramov qeyd edib ki, 2024-cü ildə COP29-un Azərbaycanda keçirilməsinin önəmini nəzərə alaraq bu kontekstdə əməkdaşlığın önəmi müzakirə edilib və yaxın dövrdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin Serbiyaya səfəri nəzərdə tutulur.

İki ölkə arasında münasibətlərə toxunan nazir qeyd edib ki, Serbiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa uyğun məsələlər müzakirə olunub:

"Bunun önəmini göstərən amillərdən biri də odur ki, mütəmadi olaraq yüksək səviyyədə ikitərəfli görüşlər həyata keçirilir. Marko Curiçin qısa müddət əvvəl XİN başçısı olmasına baxmayaraq, Azərbacana səfər etməsi iki ölkə arasındakı münasibətlərin səviyyəsini və önəmini göstərir. Görüş çərçivəsində biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizin təşəbbüsümüzə dəstəyi qeyd etdik. Azərbaycan-Serbiya münasibətlərini xarakterizə edərkən qarşılıqlı dəstək və hörmət, bir-birinin ərazi bütövlüyünü dəstəkləmək önəmli məqamlardır".

Son xəbərlər

Orphus sistemi