Müstəqil Martinik Hərəkatı: "Fransa ləyaqətimizi alçaldır, bizə insanlıqdan kənar davranış sərgiləyir"

Xarici siyasət
  • 06 iyul, 2023
  • 07:58
Müstəqil Martinik Hərəkatı: Fransa ləyaqətimizi alçaldır, bizə insanlıqdan kənar davranış sərgiləyir

"Beynəlxalq təşkilatlarda, hərəkatlarda Azərbaycan kimi nüfuzlu və söz sahibi olan ölkələrlə əlaqələr qurmalıyıq, onların dəstəyindən istifadə etməliyik".

Bunu "Report"a açıqlamasında Müstəqil Martinik naminə Ekoloqlar və Demokratlar Hərəkatının nümayəndəsi Claudette Duhamel deyib.

"Fransa bizim ləyaqətimizi alçaltmaq siyasəti tətbiq edir, bizə insanlıqdan kənar davranış sərgiləyir. Bizi o düşüncəyə gətirib çıxarırlar ki, sanki insan deyilik, əşyayıq. Yaşlı nəsil də bu siyasətin qurbanı olur, bu düşüncəyə inanır, gələcək nəslə bu fikri ötürür. Nəticədə gənc nəsil də bu düşüncədə, mədəniyyətdə, dünya görüşündə yetişir. Belə olan halda onlar öz suverenliyini, müstəqilliyini anlamır. Bu da Fransanın xalqlar üzərində hegemonluğuna şərait yaradır", - o bildirib.

C.Duhamel qeyd edib ki, Fransanın apardığı siyasət nəticəsində yerli xalq özünü torpaqlarının sahibi hesab etmir: "Bizim mədəniyyətimiz, təhsilimiz, dilimiz, iqtisadiyyatımız ilə bağlı qərarlar verirlər. Yerli xalq olaraq itirilmiş hüquqlarımızı bərpa etmək üçün digər xalqlarla birlikdə hərəkət etməliyik və bu cür tədbirlər bizi birləşdirməkdə rol oynaya bilər".

44 filmi