Münhen Konfransında ABŞ nümayəndə heyətinə Kamala Harris rəhbərlik edəcək

Xarici siyasət
  • 07 fevral, 2023
  • 16:09
Münhen Konfransında ABŞ nümayəndə heyətinə Kamala Harris rəhbərlik edəcək

ABŞ-ın vitse-prezidenti Kamala Harris fevralın 17-19-da Bavariyada keçiriləcək Münhen Təhlükəsizlik Konfransında ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.

“Report”un ABŞ mətbuatına istinadən verdiyi məlumata görə, Ukrayna və digər regional və qlobal məsələlərlə bağlı müttəfiqlər və tərəfdaşlarla intensiv diplomatik əlaqələri davam etdirmək məqsədilə konfransda iştirak edən ölkələrin liderləri ilə görüşəcək.

“Vitse-prezidentin Münhendəki çıxışı trans-Atlantik birliyi və qətiyyəti, ABŞ-ın qlobal liderliyini və Ukraynanı dəstəkləməyə sadiqliyimizi nümayiş etdirəcək”, - ötən il də Münhendə ABŞ nümayəndə heyətinə başçılıq edən vitse-prezident ofisindən bildirilib.

Ukraynaya hərbi təcavüzünə görə Rusiya Münhenə dəvət edilməyib. Bunun əvəzində təşkilatçılar Rusiya müxalifətinin xaricdəki nümayəndələrini konfransa çağırıblar.