ABŞ-da səfərdə olan Azərbaycanın müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov ölkəmizin Vaşinqtondakı səfirliyinin inzibati binasını ziyarət edib.
"Report"un ABŞ bürosu xəbər verir ki, R.Tahirov səfir Xəzər İbrahimlə və səfirlik əməkdaşları ilə görüşüb.
Sonda qonaqlar xatirə fotosu çəkdiriblər.
Bundan əvvəl general-leytenant R.Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu-generalı Çarlz Braun ilə görüşüb. Tərəflər hərbi əməkdaşlığın cari vəziyyəti və regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıb.