Minskdə Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü keçirilib

Minskdə Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü keçirilib Oktyabrın 14-də Minsk şəhərində keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Rusiyanın təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər nazirləri Ararat Mirzoyan ilə görüşü baş tutub.
Xarici siyasət
14 Oktyabr , 2021 18:20
Minskdə Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü keçirilib

Oktyabrın 14-də Minsk şəhərində keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Rusiyanın təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər nazirləri Ararat Mirzoyan ilə görüşü baş tutub.

XİN-dən "Report"a verilən məlumata görə, görüşdə C.Bayramov Azərbaycanın bölgədə mövcud olan münaqişə sonrası vəziyyət və iki ölkə arasında münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyini səsləndirib. Nazir 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanmış üçtərəfli bəyanatların tam icra edilməsinin vacibliyini vurğulayıb.

Beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına hazır olduğumuz ifadə edilib. Bu xüsusda, Azərbaycanın Ermənistan ilə sərhədlərinin delimitasiyası prosesi üzrə danışıqlara başlanılmasının əhəmiyyət kəsb etdiyi vurğulanıb. Həmçinin regionda bütün nəqliyyat kommunikasiyaların açılması üzrə razılaşmaların yerinə yetirilməsinin vacibliyi qeyd edilib.

C.Bayramov azad edilmiş ərazilərdə insan həyatına birbaşa təhdid olan mina təhlükəsi mövzusunu qeyd edərək, bu xüsusda, Ermənistan tərəfindən dəqiq mina xəritələrinin təqdim edilməsinin zəruriliyini bildirib.

Nazir həmçinin azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə də danışıb.

Son xəbərlər

Orphus sistemi