Milli Məclisin sədri: "Ermənistan regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir"

Milli Məclisin sədri: "Ermənistan regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir" "Ermənistanın regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir".
Xarici siyasət
13 Aprel , 2023 18:45
Milli Məclisin sədri: Ermənistan regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir

"Ermənistan regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir".

"Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Rusiyanın Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşündə deyib.

Onun sözlərinə görə, Ermənistanın 11 aprel tarixində törətdiyi hərbi təxribatın beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi İrəvanın sülh prosesində maraqlı olmadığını göstərir.

Spiker bildirib ki, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq, Azərbaycana qarşı apardığı təxribatlar nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Ona görə də Ermənistanın bu addımları ciddi şəkildə qınanılmalıdır.

Son xəbərlər

Orphus sistemi