Milli Məclis sədrinin birinci müavini: “ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılır”

Milli Məclis sədrinin birinci müavini: “ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılır” “Arzu edək ki, bu səmimiyyət olacaq”
Xarici siyasət
1 İyun , 2017 11:41
Milli Məclis sədrinin birinci müavini: “ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılır”
Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov / Report

Bakı. 1 iyun. REPORT.AZ/ “Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə münasibətləri hər zaman yaxşı olub”.

"Report"un xəbərinə görə, bunu Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

O xatırladıb ki, ABŞ prezidenti Donald Tramp Ərəb-İslam-Amerika Sammitində çox mühüm bəyanat verib, eyni zamanda 28 May - Respublika günü münasibəti ilə Azərbaycan Prezidentini və xalqı təbrik edib: "Mayın 31-də Xəzər Neft və Qaz sərgisindəki məktubdan sonra görünür ki, ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılır. Biz əlbəttə çox istərdik ki, bu, belə olsun və davam etsin. Şəxsən onun məktubları və bəyanatı mənim çox xoşuma gəldi. Hər halda hamı, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, bütün dövlətlər beynəlxalq hüququn bərabərhüquqlu subyektidir və kiminsə kiməsə ağıl öyrətməsi, insan hüquqları, fikir azadlığı adı altında kiminsə daxili işinə qarışması düzgün siyasət deyil və artıq nəticə vermir. Bunu cənab Tramp özü də görür. Dövlətlərlə sadəcə əməkdaşlıq və dostluq etmək lazımdır. Azərbaycan da o dövlətdir ki, onunla dostluq etmək olar. O, Avropa enerji təhlükəsilziyində mühüm rol oynayır. ABŞ-la münasibətlərimiz də həmişə yaxşı olub. Biz həmişə istəmişik ki, səmimi olaq. Amma bizə qarşı da səmimiyyət olsun. Arzu edək ki bu səmimiyyət olacaq".

Son xəbərlər

Orphus sistemi