Meksikanın sabiq səfiri: “Müstəmləkəçilik siyasəti xalqların mədəni irsini sıxışdırır”
- 22 dekabr, 2023
- 07:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Müstəmləkəçilik siyasəti insanların hüquqlarına mənfi təsir etməklə yanaşı, müxtəlif xalqların mədəni irsinin sıxışdırılmasına gətirib çıxarır.
“Report” xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı keçmiş səfiri, ADA Universitetinin professoru Xuan Rodriqo Labardini Bakıda "Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O, müstəmləkəçilərin ölkəni resurslardan məhrum etdiyini qeyd edərək, müstəmləkəçilik siyasətinin mədəniyyətə təsirinə nümunə olaraq Latın Amerikası regionunu xatırladıb: "Latın Amerikasında müstəmləkəçilər təkcə bölgəni deyil, həm də yerli mədəniyyətə, adət-ənənələrə əhəmiyyətli dəyişikliklər gətirmək üçün nəzərdə tutulmuş bir konsepsiya hazırladılar. Biz Meksikada yerli dillərdə danışmırıq, ispan dilindən istifadə edirik. Bu, bizim həyata baxışımıza da təsir edir”.