Yuxarı

​Meksikanın Azərbaycandakı səfirliyi vizaların verilməsinə başlayır

Səfirlikdə Konsulluq xidməti fəaliyyətə başlayacaq

Bakı. 9 sentyabr. REPORT.AZ/ Yaxın müddətdə Meksikanın Bakıdakı səfirliyi Azərbaycan vətəndaşlarına vizaların verilməsinə başlayacaq.

Bu barədə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini "Report" agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, səfirlikdə konsulluq xidməti fəaliyyətə başlayacaq. Bir həftə əvvəl səfirliyə müvafiq avadanlıq gətirilib və növbəti həftələrdə Bakıya vizaların verilməsi məsələsi ilə məşğul olacaq texniki əməkdaş gələcək.

Səfir qeyd edib ki, hazırda Meksikanı ziyarət etmək istəyən Azərbaycan vətəndaşları viza üçün Ankara və ya Moskvadakı diplomatik nümayəndəliklərə müraciət edirlər.

Viza rüsumunun məbləği təxminən 35 ABŞ dolları təşkil edəcək, multivizanın qiyməti 70 dollar olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi