Yuxarı

MDB-yə üzv ölkələrin hökumət başçılarının iclası başa çatıb

Şuranın növbəti iclası gələn ilin mayında Qırğızıstanda keçiriləcək

Bakı. 30 oktyabr. REPORT.AZ/ Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB-yə üzv ölkələrin hökumət başçılarının növbəti iclası keçirilib. "Report" MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, gündəliyə birlik ölkələrinin qarşılıqlı inteqrasiya əlaqəsinə aid çoxsaylı məsələlər salınıb.

Hökumət başçıları MDB-nin 25 illiyinə həsr olunmuş tədbirlər planını təsdiq edib. Həmçinin 2016-2017-ci illər üçün MDB dövlətləri arasında beynəlxalq gənclər əməkdaşlığının startegiyasının reallaşdırılması üzrə tədbirlər planı da təsdiq edilib.

Hökumət başçıları MDB-yə üzv ölkələrdə operatorlararası beynəlxalq telekommunikasiya xidmətlərinin göstərilməsi zamanı qarşılıqlı hesablaşmanın şərtlərinə dair saziş, Böyük Vətən müharibəsinin iştirakçıları və əlillərinə güzəşt və təminatlarla bağlı sazişə dəyişikliklər və əlavələr edilməsi barədə protokol, təbii və texnogen xarakterli fövqəladə hallarda qarşılıqlı yardımla bağlı sazişə dəyişikliklər və əlavələr edilməsi barədə ptotokol imzalayıb.

İclasda, həmçinin istehsalat, daşınma, anbar təsərrüfatı, təbii qazın motor yanacağı kimi saxlanması və istifadə olunması sahəsində MDB-dən olan mütəxəssislərin hazırlığı, kvalifikasiyasının artırılması üçün Beynəlxalq Təhsil Mərkəzinin, eləcə də cinayət gəlirlərinin leqallaşdırılması (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə aparacaq Birlik dövlətlərinin təməl təşkilatının yaradılması barədə qərar qəbul olunub.

Azərbaycanı baş nazirinin birinci müavini Yaqub Eyyubovun təmsil etdiyi iclasda eyni zamanda MDB ölkələrinin hüquqi və maliyyə-büdcə sahəsindəki qarşılıqlı əlaqəsi ilə bağlı bir neçə məsələ də nəzərdən keçirilib.

Qeyd edək ki, MDB Hökumət Başçıları Şurasının növbəti iclası 2016-cı ildə may ayının son dekadasında Qırğızıstanda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi