MDB çərçivəsində bir sıra sənədlər imzalanıb

MDB çərçivəsində bir sıra sənədlər imzalanıb Tədbirdə xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib
Xarici siyasət
2 Aprel , 2021 15:09
MDB çərçivəsində bir sıra sənədlər imzalanıb

Moskva şəhərində MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.

“Report” xəbər verir ki, tədbirdə xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib.

Əvvəlcə məhdud formatda başlayan görüşdə beynəlxalq siyasətin mühüm məsələləri və MDB çərçivəsində əməkdaşlıqla bağlı, Böyük Vətən Müharibəsinin başlamasının 60 illiyi münasibətilə MDB-yə üzv ölkələrin dövlət başçılarının MDB xalqlarına və dünya ictimaiyyətinə müraciət layihəsilə bağlı müzakirələr aparılıb.

Geniş tərkibli görüş zamanı da MDB-yə üzv ölkələrin XİN-ləri arasında çoxsəviyyəli məsləhətləşmələr planının 2020-ci ildə icrası, cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulmasına, terrorçuluğa və kütləvi qırğın silahlarının yayılmasına maliyyə dəstəyinə qarşı tədbirlər planı layihəsi, cinayətkarlıqla mübarizə və təhlükəsizlik sahəsində məlumat mübadiləsi konsepsiyası, 2021-2023-cü illərdə bədən tərbiyəsi, idman və turizm sahəsində tədbirlər planı imzalanıb, 2021-2022-ci illərdə beynəlxalq gənclər əməkdaşlığı strategiyasının icrasına dair tədbirlər planı razılaşdırılıb.

Bununla yanaşı, geodeziya, xəritəçəkmə, kadastr, Yer kürəsinin məsafəli müşahidəsilə bağlı MDB ölkələrinin 9 oktyabr 1992-ci il tarixli əməkdaşlıq sazişinə dəyişiklik protokolu, silahlı qüvvələrin zabitlərinin strateji əməliyyat hazırlığına dair təməl təşkilatına dair sənəd də imzalanıb.

Son xəbərlər

Orphus sistemi