Markeviç: Azərbaycan və Belarus arasında mədəni əməkdaşlığın yeni perspektivləri açılır

Markeviç: Azərbaycan və Belarus arasında mədəni əməkdaşlığın yeni perspektivləri açılır Azərbaycan və Belarus arasında mədəniyyət sahəsində əməkdaşlıqda yeni perspektivlər açılır.
Xarici siyasət
2 Aprel , 2024 16:42
Markeviç: Azərbaycan və Belarus arasında mədəni əməkdaşlığın yeni perspektivləri açılır

Azərbaycan və Belarus arasında mədəniyyət sahəsində əməkdaşlıqda yeni perspektivlər açılır.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belarusun mədəniyyət naziri Anatoli Markeviç ölkəsinin rəssamlarının Bakıda keçirilən sərgisinin açılışında deyib.

Onun sözlərinə görə, sərginin təşkil olunduğu Azərbaycanda Belarus Mədəniyyəti Günləri bu ölkənin mədəniyyəti və folkloru ilə tanış olmağa imkan verəcək zəngin proqrama malikdir:

“Bu gün Azərbaycan və Belarus arasında mədəniyyət sahəsində işçi qruplarının formalaşdırılması üçün 10 günlük müddət müəyyən edilib. Bütün ən yaxşı layihələr əməkdaşlığın təşkili üçün yol xəritəsinə daxil olunacaq. Bu, uzunmüddətli proqram olacaq və biz hər il nəticələrlə bağlı müzakirələr aparacağıq. Əminəm ki, bu gün Azərbaycan və Belarus arasında mədəni əlaqələrdə yeni tarix yazılır”.

A.Markeviç qeyd edib ki, Belarus Azərbaycanı təmsil edəcək ifaçıları, rəssamları, heykəltaraşları, memarları səbirsizliklə gözləyir.

Son xəbərlər

Orphus sistemi