Mahmud Məmmədquliyev "Şərq Tərəfdaşlığı"nın nazirlər səviyyəsindəki iclasında iştirak etmək üçün Lüksemburqa gedib

Mahmud Məmmədquliyev "Şərq Tərəfdaşlığı"nın nazirlər səviyyəsindəki iclasında iştirak etmək üçün Lüksemburqa gedib İclas iştirakçıları 5-ci "Şərq tərəfdaşlığı" sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər
Xarici siyasət
19 İyun , 2017 10:23
Mahmud Məmmədquliyev Şərq Tərəfdaşlığının nazirlər səviyyəsindəki iclasında iştirak etmək üçün Lüksemburqa gedib
Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev / Report

Bakı. 19 iyun. REPORT.AZ/ Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev "Şərq Tərəfdaşlığı" proqramının nazirlər səviyyəsindəki iclasında iştirak etmək üçün Lüksemburqa səfər edib.

Bu barədə "Report" Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin görüşü bu gün Aİ-nin Xarici İşlər Şurasının himayəsi altında Lüksemburqda keçiriləcək.

Aİ və bu proqrama daxil altı ölkənin xarici işlər nazirləri noyabrın 24-də Brüsseldə keçiriləcək 5-ci "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələlərini müzakirə edəcək.

Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" proqramı Aİ-nin 6 şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına yönəlmiş təşəbbüsdür və proqram 2009-cu ildən həyata keçirilir. Onun təşəbbüskarları Polşa və İsveç olub.

Əlavə edək ki, "Şərq tərəfdaşlığı"nın 4-cü sammiti 2015-ci il mayın 21-22-də Riqada keçirilib.

Son xəbərlər

Orphus sistemi