Macarıstan səfiri: Sülh əldə olunmadıqca Ukrayna Aİ-yə üzvlük hüququ qazana bilməz

Macarıstan səfiri: Sülh əldə olunmadıqca Ukrayna Aİ-yə üzvlük hüququ qazana bilməz Ölkədə sülh əldə olunmadıqca Ukrayna Aİ-yə üzvlük hüququ qazana bilməz, çünki heç kim cəmiyyətimizə müharibənin gətirilməsini istəmir.
Xarici siyasət
3 İyul , 2024 14:54
Macarıstan səfiri: Sülh əldə olunmadıqca Ukrayna Aİ-yə üzvlük hüququ qazana bilməz

Ölkədə sülh əldə olunmadıqca Ukrayna Aİ-yə üzvlük hüququ qazana bilməz, çünki heç kim cəmiyyətimizə müharibənin gətirilməsini istəmir.

Bunu "Report"a müsahibəsində Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma deyib.

"Bu yaxınlarda Baş nazir Viktor Orbanın dediyi kimi, Aİ-nin Ukrayna ilə üzvlük danışıqlarına başlamaq qərarı “gözəl siyasi jest” idi, lakin Kiyev yaxın vaxtda bloka qoşulmağa tam hazır olmadığına görə, bunun Ukraynaya heç bir faydası yoxdur. Ən əsası odur ki, ölkədə sülh əldə olunmadıqca Ukrayna Aİ-yə üzvlük hüququ qazana bilməz, çünki heç kim cəmiyyətimizə müharibənin gətirilməsini istəmir",-o qeyd edib.

Diplomat Ukraynanın üzvlük məsələsi ilə bağlı ilkin şərtləri yerinə yetirmədiyini Avropa Komissiyasının da bəyan etdiyini söyləyib:

"Həmçinin Avropa Komissiyasının özü də bəyan edib ki, Ukrayna üzvlüklə bağlı danışıqlara başlamaq üçün müəyyən edilmiş ilkin şərtləri yerinə yetirmir. Digər məsələlərlə yanaşı, bu, açıq şəkildə Avropa İttifaqının milli icmaların və azlıqların hüquqları ilə bağlı ən əsas qaydalarını pozur və oradakı macar azlığına da zərər verir".

Səfir diqqətə çatdırıb ki, hazırda Ukraynada müharibə davam etdiyinə görə, nə media azadlığına, nə ifadə azadlığına əməl olunur, seçkilər də keçirilmir:

"Belə bir vəziyyətdə Avropa İttifaqının təsisatlarının Ukraynada qanunun aliliyinin vəziyyəti və ya digər üzvlük meyarları ilə bağlı mövqe tutması absurd olardı. Bu səbəbdən Macarıstan Aİ-nin Ukrayna ilə bağlı siyasəti barədə Avropa İttifaqında strateji müzakirələrin aparılmasını vaxtı çatdığını düşünür və tamamilə zəruri hesab edir. Belə bir müzakirə gələcək qərarlarımız üçün ümumi baza tapmağa kömək edə bilər".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi