Lüksemburqda Aİ-nin "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək

Lüksemburqda Aİ-nin "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu il oktyabrın 15-də Lüksemburqda Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Xarici siyasət
10 Oktyabr , 2018 14:43
Lüksemburqda Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək
0 : 00
0 : 00

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu il oktyabrın 15-də Lüksemburqda Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

“Report” Avropa Xarici Siyasət Xidmətinə istinadən xəbər verir ki, görüşdə Aİ üzvü ölkələrinin və "Şərq Tərəfdaşlığı" proqramı iştirakçısı olan Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın xarici işlər nazirləri iştirak edəcəklər. Görüşə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini sədrlik edəcək.

Aİ ilə "Şərq Tərəfdaşlığı" proqramı iştirakçıları arasındakı siyasi dialoqu davam etdirmək fürsəti verən qarşıdakı görüş iştirakçıları tərəfdaşlıq çərçivəsindəki öhdəliklərin, o cümlədən “2020-ci ilədək 20 hədəf” adlı öncül vəzifələrin icrasına yekun vuracaq. 2017-ci ilin noyabr ayında keçirilən "Şərq Tərəfdaşlığı" ölkələrinin son Zirvə görüşündə qəbul edilmiş “2020-ci ilədək 20 hədəf” proqramı iqtisadiyyatın, idarəetmə sistemlərinin, qarşılıqlı fəaliyyətin, cəmiyyətlərin inkişaf etdirilməsi məqsədini daşıyır.

Bununla yanaşı, gələn ilin may ayında "Şərq Tərəfdaşlığı" proqramının 10-cu ildönümü ilə bağlı keçiriləcək yubiley tədbirlər də müzakirə olunacaq.

Aİ ilə altı şərq qonşuları arasında yaxınlaşmaya yönələn "Şərq Tərəfdaşlığı" proqramı 2009-cu ildə Praqa zirvə görüşündə Polşa və İsveçin təşəbbüsü ilə qəbul edilib.

Son xəbərlər

Orphus sistemi