Lissabon şəhərində Azərbaycanın diplomatik ofisi açılacaq.
"Report"un məlumatına görə, bu barədə Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov etimadnaməsini Portuqaliya prezidenti Marselo Rebelo de Sousaya təqdim edərkən danışıb.
O bildirib ki, Portuqaliya ilə ikitərəfli münasibətlərə xüsusi önəm verən Azərbaycan tezliklə Lissabon şəhərində diplomatik ofisini açacaq.