Leo Dokerti: "Azərbaycan bu gün dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir"

Xarici siyasət
  • 23 noyabr, 2023
  • 08:08
Leo Dokerti: Azərbaycan bu gün dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir

"Azərbaycan bu gün dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir".

"Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti deyib.

O qeyd edib ki, 2020-ci ildə Böyük Britaniya Azərbaycana minalarla mübarizədə mühüm və xilasedici dəstək verən ilk ölkələrdən biri olub:

“O vaxtdan bəri biz bu dəstəyi 1 milyon funt sterlinqdən çox artırmışıq, dünya üzrə aparıcı mina təmizləmə avadanlığı ilə təmin etmişik və yerli hakimiyyət orqanlarına təlimlər keçmişik. Bu il biz Partlayıcı Sursatların Zərərsizləşdirilməsi üzrə ixtisaslaşdırılmış kurslar üçün təkliflərimizi genişləndirməklə Azərbaycan hərbçilərinə verilən təlimləri daha da artırırıq. Bu yüksək təhlükə mühitində işləmək üçün lazım olan bacarıqları təmin edəcək”.