Lavrov MDB ölkələrinin səfirləri ilə görüşüb

Lavrov MDB ölkələrinin səfirləri ilə görüşüb Bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun Rusiyada akkreditə olunmuş MDB iştirakçı dövlətlərinin səfirləri ilə ənənəvi görüşü keçirilib.
Xarici siyasət
3 Fevral , 2025 18:02
Lavrov MDB ölkələrinin səfirləri ilə görüşüb
Sergey Lavrov

Bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun ölkədə akkreditə olunmuş MDB iştirakçı dövlətlərinin səfirləri ilə ənənəvi görüşü keçirilib.

Bu barədə “Report” Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev də iştirak edib.

Rusiya XİN-in məlumatına görə, tədbir zamanı 2024-cü ildə MDB formatında əməkdaşlığın nəticələrinə yekun vurulub.

"2025-ci il - Böyük Vətən müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş il, nasizmə qarşı mübarizədə sülh və birlik ili üçün əsas vəzifələr müəyyən edilib. Xarici siyasət koordinasiyasının daha da gücləndirilməsi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə, həmçinin təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin artırılması vurğulanıb", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi